20 yanvar mövzusunda inşa
20 Yanvar – əbədi olaraq xalqın qəlbində kədər və hüzn günü kimi qalacaqdır.
O gün – öz xalıqının şərəf və ləyaqətini qorumağa qalxmış yüzdən çox gəncin, qocanın və qadının şəhid olduğu gündür. Xalq düz qırx gün şəhidlərə matəm saxladı.
Xalq öz Vətəninin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş vətənpərvərlərin xatirəsini çox uca tutur. Həmin gün şəhidlərin ən çox qətlə yetirildiyi yer indi «20 Yanvar» meydanı adlanır. Onların xatirəsinə metro və küçə «20 Yanvar» adlandırılmışdır. Bakı şəhərində və ölkəmizin bir çox bölgələrində şəhidlərin uca xatirəsinə abidələr ucaldılmışdır. Amma 20 Yanvar şəhidlərinə ən böyük abidəni xalq öz qəlbində və xatirəsində ucaltmışdır. Odur ki, mərhum Prezidentimiz Heydər Əliyev qətiyyətlə bütün dünyaya elan etdi: «Azərbaycan Respublikasının müstəqillik məşəli əbədidir və heç vaxt sönməyəcək… Buna bütün dünya inanır. Buna hamıdan qabaq özümüz əminik».