Azərbaycanda ən yaxşı marketinq peşəkarları kimlərdir?

Ölkə iqtisadiyyatının və korporativ mərkəzlərin əsasən Bakı şəhərində cəmləşməsi, eləcə də aparıcı şirkətlərin marketinq strukturlarının 99%-nin paytaxtda fəaliyyət göstərməsi bu sahədəki aparıcı mütəxəssislərin müəyyənləşdirilməsini daha əlçatan edir.

UNEC tələbələri olaraq apardığımız 50-dən çox sorğu və geniş onlayn analitika əsasında ərsəyə gəlmişdir. Əvvəlcə yalnız dijital marketinq istiqamətində başlayan araşdırma, sonradan ümumi marketinq ekosistemini əhatə edəcək şəkildə genişləndirilmişdir. Tədqiqatın əsas məqsədi ölkənin top marketinq mütəxəssislərini aşkar etmək və gənc kadrlar üçün peşəkar orientir formalaşdırmaqdır.

Metodologiya üçün kriteriyalar:

  • İnnovativlik: Ölkə bazarında ilk dəfə tətbiq olunan, standartlardan kənar yanaşma və konseptlərin müəllifi olmaq.
  • Ölçülə bilən nəticə: İcra olunan marketinq fəaliyyətlərinin yüksək ROI və ya geniş auditoriya rezonansı doğurması.
  • Büdcə idarəetməsi: İllik $100,000 USD-dən artıq olan böyük reklam büdcələrini idarəetmə təcrübəsi.
  • Korporativ struktur: Şirkətdə müstəqil marketinq və ya əlaqədar departamentlərin mövcudluğu.
  • İdarəetmə təcrübəsi: Komandanı idarəetmə bacarıqlarının olması (ona görə də frilanserlər və təkbaşına fəaliyyət göstərən peşəkarlar nəzərə alınmayıb).
  • Praktik ekspertiza: Yəni marketinqin nəzəriyyəsini bilən universitet müəllimləri yox, yeni texnologiya və ideyaları real biznes mühitində tətbiq edə bilən şəxslər əsas götürülüb..

Mənbələr:

  • Reklam agentliklərində çalışan mütəxəssislərin müştərilər haqqında rəyləri;
  • LinkedIn platformasındakı peşəkar rəylər və keyfiyyət qiymətləndirmələri (reviews);
  • Marketoloqların reallaşdırdığı keyslər
  • Mütəxəssislərin şəxsi bloqları, veb-saytları və sosial media profillərinin analizi;
  • Bu sekotrdakı ekspertlərinin daxili qiymətləndirmələri

Digital marketinq

kompleks rəqəmsal strategiyanın qurulması, analitik alətlərlə iş və ümumi rəqəmsal idarəetmə istiqamətində Müzəffər Qaraxanlı (Topaz), Kamal Əlləzov (AZAL) və Telman Məmmədov (Yelo Bank) aparıcı ekspertlərdir.

Dijitalda bəzi marketoloqlar öz niş sahələrində top peşəkarlardır. Məsələn,

SEO deyiləndə yada düşən ilk adam Yusif Manıyev olur. Yaxud digital ad placement üçün Cavidan Behrəmli, Meta reklamlarının idarəolunmasında – Zaur Şükürov birincilərdir.

Marketinq menecment

  • Kapital Bankın bazar mövqeyinin güclənməsində marketinq strategiyasının rolu böyükdür. Əvvəllər bu qurumda çalışan, hazırda isə PASHA Bankda fəaliyyətini davam etdirən Günel Mövliyarova marketing management sahəsində yada düşən ilk xanımdır. İndi isə Kapitalda onu əvəz edən Kamran Babaşov da korporativ sektorda ən yaxşılar siyahısında yer alır. Keçmiş dijitalçı olan Kamran yüksək səviyyədə marketinqə sahiblənib.
  • Ümumiyyələ, bank sektorunda peşəkarlar çoxdur.
    ABB Bankda marketinq direktoru çalışan Vəfa Səfərli və keçmiş Rabitəbank mütəxəssisi, hazırda PASHA Capitalda çalışan Orxan Salayev də bu siahıda olması göstərir ki, finans sektorunda peşəkarlar daha ox cəmlənib.
  • Tural Kərimov – yerli bazarı ən yaxşı bilən, ölkədə ən geniş müştəri portfoliosu ilə işləyən universal peşəkardır. Yalnız konkret bir industriya (FMCG, telekommunikiyasa və s.) deyil, hər sahə ilə çox işləməsi, eləcə də həm texniki digital, həm də strateji marketinq sahəsində geniş ekspertizası onun böyük üstünülüyüdür
  • Retail sahəsində isə Baku Electronics şirkətində işləyən Aslan İsmayilov öz yanaşması ilə lider olduğunu göstərir.
  • Qeyd edək ki, Baku Electronics-də əvvəl marketinq departamentinin rəhbəri olmuş, hazırda isə Wemark agentliyinin direktoru olan Vüqar Mehdiyev ölkədə “CMO” deyiləndə yada düşən ilk adam olur.
  • Yüksək səviyyəli biliklər və dijital transformasiya bacarıqları olan insanlardan Zamin Namazovu da qeyd etməliyik. O da Vüqar Məmmədov kimi əvvəl brend tərəfdə çalışsa da, sonradan öz agentliyini qurub.
  • Oxşar nümunə kimi Kontaktı zirvəyə qaldırmış, indi isə yaratdığı Marker agentliyində f’aliyyətini sürdürən Məmmədəli Vəliyevi də qeyd etmək lazımdır.

 

Kreativ və strateji brendinq

Reklam industriyasında parlaq istedadlar daha çoxdur.

  • Təbii ki, strateji kreativ və brend konsultasiyası üçün Emin Quluzadə (Peoplebrand) -təbii ki, ölkədə ən yaxşılardan biri (bəlkə də birincisi) kimi yadda qalır.
  • Orxan Kərimov – Endorphin
  • Elnur Nuraliyev – Noor agency
  • Namiq Bayramov – YelloAd
  • İlham Əkbərli – Ağıllı Nağıllar

Bazardakı Trendlər

  • Uğurlu şirkət ≠ Uğurlu mütəxəssis: Şirkətin və ya kampaniyanın uğuru hər zaman fərdi rəhbərin nailiyyəti olmaya bilər. Çox vaxt bu, agentliyin kollektiv əməyi və ya qlobal brendin (məsələn, Coca-Cola) hazır gücü hesabına baş verir.
  • Hibrid təcrübənin üstünlüyü: Korporativ → Agentlik keçidi olan (və ya tərsinə) keçidi etmiş şəxslər hər iki tərəfin daxili dinamikasını bildikləri üçün bazarda daha çevik və uğurlu olurlar.
  • Rəqəmsal və strateji inteqrasiya: Ənənəvi marketinq vasitələri (məsələn, yalnız bilbord yerləşdirmək) artıq kifayət etmir. Müasir dövrdə dijital + strategiyanı sinxronizasiya edənlər daha çox uğurlu olur. Yəni əvvəllər qida şirkəti holdinqində işləyib sadəcə billbord yerləşdirən, öz kateqoriyasını əla bilən brend menecerlər yox, məhz müasir texnologiyaları buna inteqrasiya edənlər daha çox uğurlu adam kimi yadda qalır.
  • Liderlik faktoru: Güclü texniki bilik təkbaşına kifayət deyildir; komanda idarəetməsi və sağlam iş mühitinin yaradılması böyük əhəmiyyət kəsb edir. Komandanın böyüklüyü-kiçikliyi əhəmiyyətli deyil, əsas düzgün menecment qaydalarını bilməkdir. Məsələn, elə rəhblər var ki, onların güclü bilikləri var, amma onun həmkarları və işçiləri ondan çox narazıdır və onu toksik sayır.

Qeyd: Mənbə və resurs məhdudiyyətləri səbəbindən bəzi dəyərli mütəxəssislər bu siyahıya daxil olmaya bilər. Bu, onların zəifliyindən yox, araşdırmanın mənbə məhdudiyyətlərindən qaynaqlanır. Siyahı açıq saxlanılır və sahə üzrə tədqiqat aparmaq istəyən hər bir şəxs üçün açıq resurs rolu oynayır.

Bu bloq yazısını dəyərləndir
Back to top button