Çox ət yeməyin insana 3 zərəri
Gündəlik yediyimiz qidalar arasında ət və ət məhsulları önəmli yer tutur. Ət, protein, dəmir, B12 vitamini və digər vacib qidalanma maddələri ilə zəngindir. Buna görə, ət müəyyən miqdarda istehlak edildiyində faydalı ola bilər. Əsas məqsəd, ətin sağlam növlərini (məsələn, toyuq və balıq kimi) seçmək və qırmızı və işlənmiş ət məhsullarını məhdud miqdarda yeməkdir. Sağlam və miqdarında qidalanma, həmçinin fiziki aktivlik və sağlam həyat tərzi seçimləri ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır.Ət məhsullarının və qidalarının istehlakının bizim orqanizmimizə həm müsbət, həm də mənfi təsirləri var. Ət məhsullarının həddindən artıq istehlakının insan sağlamlığına mənfi təsirləri də vardır.
Ürək-damar sağlamlığına təsiri
Çox miqdarda ət və ya ət məhsullarının yeyilməsi, xolesterol və doymuş yağların artmasına səbəb olur ki, bu da ürək xəstəlikləri riskini artırır. Uzunmüddətli tədqiqatlar göstərir ki, ət istehlakı ürək xəstəliklərinin inkişaf riskini artırır. Buna əlavə olaraq, işlənmiş ətlər (məsələn, sosis, kolbasa və bastırma kimi) tərkibindəki konservantlar və tərkibindəki digər kimyəvi maddələr ilə sağlamlığa zərər verə bilər.
Xərçəng riskinin artması
Bəzi tədqiqatlar göstərir ki, çox miqdarda işlənmiş ətin mütəmadi olaraq yeyilməsi bəzi xərçəng növlərinin, xüsusilə də qalın bağırsaq xərçənginin riskini artıra bilər. Buna bayaq qeyd etdiyimiz kimi, sosis, kolbasa və s. işlənmiş ətlərdən istifadə aiddir.
Kökəlmə(obezite) və metabolik problemlər
Ət, xüsusən də yağlı ət növləri, yüksək kalorili və doymuş yağlarla zəngindir. Bu, kilo almanın və obezitenin başlıca səbəblərindən biri ola bilər. Obezite, şəkər xəstəliyi, hipertoniya və digər metabolik xəstəliklərin inkişafı üçün risk faktorudur. Düzgün olmayan ət istehlakı həmçinin insülin müqaviməti və şəkər xəstəliyinin inkişaf riskini artıra bilir. Yüksək kalorili və yağlı ət məhsullarının aşırı istehlakı, kilo alma və obezite ilə əlaqələndirilir.