Doğma dilimizim saflığı mövzusunda inşa
Azərbaycan dili dünyanın ən zəngin və inkişaf etmiş dillərindən biridir. Dil xalqın böyük var-dövləti, əvəzedilməz sərvətidir. Onunla həyat, varlıq və onun daşıyıcılarının şüurlu və əmək fəaliyyəti ifadə olunur. Dilin maneəsiz inkişafı milli azadlığın zəmanəti və rəhnidir, dilin çiçəklənməsi isə milli rifahın başlıca göstəricisidir. Dil və onun daşıyıcıları, o dərəcədə həyati zəruri əlaqəli və vəhdətdədir, onların birini digərindən təcrid etmək düşünülməz ağılagəlməzdir. Dil insanın əmək fəaliyyəti və insan cəmiyyətinin formalaşması prosesində meydana gəlmişdir. Dil xalqın inkişafının vasitəsi kimi insanların bütün bəşəriyyətlə ünsiyyəti üçün, təbiət qanunlannı və ictimai inkişafı yaxşı dərk etməyə kömək edir. Dilin köməyi ilə insanlar təsəvvürləri və dünyagörüşünü izhar edərək, əvəzedilməz ünsiyyət vasitəsi olaraq, bəşərin inkişafına daim xidmət edir.
Milli dil, onun daşıyıcılarının intellektual inkişafında və mənəvi potensialının böyüməsində və qiymətləndirilməsində mühüm rol oynayır, milli mədəniyyətin çiçəklənməsinə, bilik dərəcəsi və dünyagörüş sahəsinin, sosial-ictimai yetişkənlik və kamilliyinin artmasına imkan yaradır.
Millət onun fəal həyat fəaliyyəti və tərzini təmin edən dilsiz və dil ünsiyyəti olmadan mövcud ola bilməz. Dil təkcə insan təfəkkürünün və ünsiyyətin vacib vasitəsi deyil, həm də millətin və onun mədəniyyətinin zəruri əlamətlərindən biridir. Doğma dil incəliklə və parlaq daşıyıcılarının özünü ifadə etməsini əks etdirir. Dil insanların milli mənsubiyyətini simvolizə edir, xalqın mənəvi nailiyyətini ifadə edir, milli iftixarın obyektidi və mənbəyi olur.
Öz doğma dilinə münasibət vətənə və anaya məhəbbətlə müqayisə edilir. Rus yazıçı Paustovski ana dilinə həssas yanaşmanın zəruriliyini qeyd edərək bildirir ki, «Hər bir adamın doğma dilinə münasibətini nəinki onun mədəni səviyyəsi ilə, həm də vətəndaşlıq dəyəri ilə çox dəqiq mühakimə etmək olar. Öz vətəninə həqiqi məhəbbət öz doğma dilini sevmədən mümkün deyil, ağılagəlməzdir». insanın öz ana dilinə bağlılığı barədə Azərbaycanın tanınmış adamları da çox aforizmlər deyiblər. Cəlil Məmmədquluzadə deyir ki, insan dünyaya gözünü açanda, ilk dəfə eşitdiyi doğma dili unudaraq yaşaması mümkün deyil. Firidun bəy Köçərli isə, doğma dilə məhəbbəti anaya və vətənə məhəbbətlə eyniləşdirirdi.
Ancaq milli dilin xalqın həyatında belə vacib əhəmiyyət kəsb etməyinə baxmayaraq, Azərbaycan dili çox faciəvi bir tarix yaşamışdır. Çoxəsrli bir tarixə malik xalqımız, uzun müddət ərzində davamlı olaraq özünün ədəbi dilindən təcrid edilmiş, dil zorakı yolla sıxışdırılıb çıxarılmış, kənar düşmüşdür. Ancaq Azərbaycan xalqı öz dilinə qarşı olan ədalətsizliklə barışmamışdır. Yüz illərlə Azərbaycan dilinin sıxışdırılmasına və qadağalar qoyulmasına baxmayaraq, bu dil, xalqın və öncül insanların əks müqaviməti sayəsində qorunub saxlanmış, inkişaf etmişdir.
Azərbaycan poeziyasının korifeyi, yüksək humanizm və insan azadlığı ideallarının carçısı Nəsimi, öz qüdrətli şair-filosof səsini qaldıraraq insanın, onun dilinin və mədəniyyətinin müdafiəsinə qalxdı. O, ölməz yaradıcılığını da öz doğma dilində, sadə həmvətənləri üçün yazıb yaratdı və ən başlıcası isə Azərbaycan dilini ədəbi və poetik arenaya çıxardı. Məhz Azərbaycan ədəbi dilinin formalaşması Nəsiminin adı ilə bağlıdır.
Bir dahi yazıçı belə yazırdı: «Xalqın çox böyük sərvəti – onun dilidir». Bu, o deməkdir ki, hər bir insan öz ana dilinə hörmət etməli və onu sevməlidir, onun inkişafı və çiçəklənməsi üçün çalışmalıdır.