Dünyada kitabdan əziz dost yoxdur (1) mövzusunda inşa
Mən hesab edirəm ki, kitab hər bir insanın həyatında kifayət qədər böyük yer tutur. Kitablardan nəinki şagird və tələbələr həmçinin, müxtəlif peşə sahibləri və mütəxəssislər istifadə edir. Kitab oxumaq insanların savadlanmasında və bir çox həyatı əhəmiyyətli məsələlərin həllində yardım etdiyini mən çox gözəl anlayıram.
Dünyada nə baş verdiyini anlamaq üçün biz gərək daha çox kitab oxuyaq. Kitab oxumaq heç zaman boşuna sərf edilmiş vaxt ola bilməz.
Hələ uşaq vaxtlarından kitablar bizim həyatımıza daxil olurlar. Biz oxuya bilmədiyimiz vaxtlarda bu kitabları bizə valideynlərimiz oxuyurdular. Artıq budur o an, mən əlimdə çanta, onun içində əlifba və riyaziyyat kitabı və mən təntənənəli məktəbə birinci sinifə gedirəm. Və mən müəlliməmin ardınca hərfləri və rəqəmləri təkrar edirəm, yazmağı və hesablamanı öyrənirəm. Indi artıq mən anamdan istəmirəm ki, o, mənə kitab oxusun.
Mən artıq özüm həm oxumağı, həm hesablamağı bilirəm. Ilahi, dünyada nə qədər də çoxlu maraqlı və mənim oxuya biləcəyim kitablar var.
Nəhayət, mən kitab oxuyuram, hər bir yeni kitabdan yeni və maraqlı nəsə öyrənirəm. Ən çox maraq kəsb edən kitablar məlumat və ensiklopedik xarakterli olanlardır. Bu kitablar bizim dostlarımız və məsləhətçilərimizdirlər. Misal üçün tanınmış uşaq ensiklopediyası olan – «Mən dünyanı tanıyıram» kitabı bizə dünyanın möcüzələrindən, təbiətin möcüzələrindən, dünyanın müxtəlif ölkələri və xalqlarından, tarixin sirlərindən, böyük səyahətlərdən danışır, elm nədir, göy cisimlərini öyrənən astronomiya qədim zamanlardan insanlara necə xidmət edib suallarına cavab verir. Misal üçün Misirdə əkinçilik üzrə, finikiyalılar üçün dənizçilikdə, daha sonra isə günəş tutulmalarının hesablanmasında köməklik edib.
Bir dəfə mən beşinci sinifdə oxuyanda mənə Robinzon Kruzo haqqında kitab hədiyyə etmişdilər. Bu kitab mənim ən sevimli kitabım oldu. Defo hansı iş olursa olsun onun hər biri haqqında danışmağa başlayanda biz istər-istəməz özümüzü orada təsvir edirdik və orada hiss edirdik.
Robinzonun etdiyi iş çox əziyyətli və çətin bir iş idi.
O, istər özünə qəsr tikəndə, onun ətrafında bağ inşa edəndə, istərsə də nəhəng ağacdan qayıq ovub düzəldəndə elə bir maraqla işə qapılır ki, sanki bizləri də özünün ardınca aparır. Bizim üçün çox maraqlı idi ki, o gildən öz ilk küpəsini necə düzəldir, taxtadan həvəngdəstəni necə düzəldir, öz qayığı üçün yelkəni necə tikdi və s. Onun timsalında biz də qətiyyətliliyi, çətinliklərdən qorxmayıb onları dəf etməyi, zəhməti və mərdliyi öyrənirik.
Bizim klassiklərin kitablarını oxuduqca biz öz əməllərimizi və ətrafda olanların əməllərini daha dərindən dərk etməyə başlayırıq, özümüzü daha güclü və təcrübəli hiss edirik.