Dünyada kitabdan əziz dost yoxdur (3) mövzusunda inşa
Oxucu bundan bilgi və reallığı ümumiləşdirməyi,
həyatı dərk etməyi əldə edir.
Həqiqətən də Nəvai haqlıdır. Kitab – insanın dostudur. Belə bir atalar sözü var: «Kitab oxumaq dostunla görüşməkdir». Elə bir adam tapılmaz ki, Nizami, Füzuli, Nəsimi, A.Puşkin, U.Şekspir, L.Tolstoy kimi dahilərin əsərlərindən valeh olmasın. Bu dahilərin adlarını durmadan davam etmək olar. Onlar bizim üçün tükənməz bir xəzinə qoymuşlar – elm. Bir zamanlar H.Zərdabi yazırdı: «Yaxşı kitab – qiymətli bir dəfınədir». Aybek deyirdi: «Kitablar, insan təfəkkürünün mirvarilərini yığıb gələcək nəsillərə ötürürlər».
Kitab insanı məftun edir, çəkib aparır öz ardınca və insanları qəhrəmanlıq etməyə qaldırır. Mən kitab oxumağı çox xoşlayıram, xüsusən gecə sakitliyində və yaxud soyuq qış gecəsində isti divar sobasının yanında. Bir səfər Rüstəmovun «Qafurun ürəyi» kitabı əlimə keçdi. Qafur Məmmədov Böyük Vətən müharibəsinin qəhrəmanı düşmən gülləsinə sinəsini qabağa verib öz komandirini qorudu. O, vəfatından sonra SSRİ-nin Milli Qəhrəmanı adı ilə təltif olundu.
Həmçinin, Nəbi Xəzrinin «Günəşin bacısı» poeması çox xoşuma gəldi. Mən Azərbaycanın ilk kombayner işləyən layiqli qızı Sevil Qazıyevanı tanıdım. Əsrlərdən bəri gələn mövhumatçılıqları qıraraq o kombaynın sükanı arxasına oturaraq pambıq yığırdı. Çox cəsarətli bir qız idi. Müəllif onu günəşə bənzədir. Lakin onun həyatı çox erkən vaxtda kəsildi. Sevil işini yerinə yetirərkən faciəvi şəkildə dünyasını dəyişir. Bu poema çox ibrətverici mənaya malikdir. Poemanın baş qəhrəmanı məni dərindən həyəcanlandırmışdı.
Böyük bir məmnuniyyətlə İ.Qasımov və Q.Seyidbəylinin «Uzaq sahillərdə» kitabını oxudum. Mixaylo (Mehdi) öz gəhrəman əməlləri ilə məni heyrətə gətirdi. Mühasirədən çıxıb, düşmən halqasını yararaq, o Yuqoslaviya partizanlarının arasına düşür və burada onu öz adamı kimi qəbul edirlər. Mehdi burada asudə vaxtlarında partizanların şəkillərini çəkməklə məşğul idi. Ona partizanlar arasında mühüm bir vəzifəni tapşırırlar – kəşfiyyatçılığı. Faşistlər onun başına külli miqdarda pul söz vermişdilər, lakin Mixaylonu ələ keçirmək mümkün olmurdu. O, düşmənlə dolu kinoteatrları, körpüləri partladırdı və bununla da öz Vətəninin, dostlarının, yaxınlarının qisasını alırdı. Onun şəhadəti məni çox heyrətə gətirdi. Faşistlərdən qaçıb gizlənərkən o dostunun evində damda sığınacaq tapır. Kənddən heç bir kəs onun yerini bildirmir. Kənd sakinlərini xilas etmək üçün Mehdi özü birinci olaraq atəş açır. O, qəhrəman kimi şəhid oldu və özü ölərkən qırxa yaxın faşıst əsgərini də partladır. Bu cür qəhrəman oğullar bizə indi çox lazımdır, çünki Qarabağ müharibəsi hələ sona çatmayıb. Çingiz Mustafayev, Salatın Əsgərova və digər milli qəhrəmanlar Vətənə olan sevgiləri ilə və düşmənə olan nifrətləri ilə necə də Mixayloya oxşayırlar.
Bu kitablar mənə yalnız yaxşılıqlar etməyi və xeyirxahlığı öyrədirlər. Bəzən mənə elə gəlir ki, mən kitab qəhrəmanları ilə söhbət edirəm və onlar mənə necə yaşamağı və çətin anlarda necə hərəkət etməyi məsləhət görürlər. Kitab mənim dostumdur. M.Qorki yazırdı: «Kitabı sevin, o sizin həyatınızı asanlaşdıracaq, bir dost kimi müşküllü qarışıq fikirlərin, hisslərin, hadisələrin öhdəsindən gəlməyə yardım edər. Kitab sizi insana və özünə hörmət etməyi öyrədəcək, ürəyinizi və dünyanızı insana qarşı sevgi hissi ilə dolduracaq».