Ekoloji problemlər mövzusunda inşa
Qədim zamanlardan təbiət insanlara həyat mənbəyi olaraq xidmət edir. Min illər boyu insanlar ətraf mühitlə həmahəng olaraq yaşamışlar. Və onlara elə gəlirdi ki, təbii sərvətlər tükənməzdir. Lakin, sivilizasiya inkişaf etdikcə insan təbiətin gedişatına daha çox qarışmağa başladı.
Bütün dünyada, minlərlə tüstülənən sənaye müəssisələri olan böyük şəhərlər salınmaqdadır. Onların fəaliyyəti nəticəsində yaranan istehsalat məhsulu, biz nəfəs aldığımız havanı, biz içdiyimiz suyu, buğda və tərəvəz becərdiyimiz torpağı çirkləndirir.
Hər il dünya üzrə sənaye müəsissələri bir milyon ton toz və digər zərərli maddələr «istehsal» edir. Çoxlu sayda şəhər dəm qazından və ağır havadan əziyyət çəkir. Böyük ərazili meşələr kütləvi surətdə məhv edilir və yandırılır. Onların məhv edilməsi oksigen balansını pozur.
Bütün bunların nəticəsində heyvan, quş, balıq və bitkilərin bəzi nadir növləri artıq tükənir. Bir çox göllər və çaylar quruyur.
Havanın və dünya okeanının çirkləndirilməsi və ozon qatının deşilməsi təbiətlə diqqətsiz hərəkətin nəticəsi, ekoloji böhranın amilidir.
Ən dəhşətli ekoloji faciələrdən biri 1986-cı ilin aprel ayında Ukrayna ərazisində baş vermişdir. Çernobıl faciəsi Ukrayna ərazisinə və xalqına böyük zərbə vurdu. Həmçinin, Belorusiya ərazisinin on səkkiz faizi radioaktiv maddələrlə çirklənmişdir. Kənd təsərrüfatına, meşələrə və insanların sağlamlığına böyük ziyan dəymişdir. Atom stansiyasında baş verən partlayış ukraynalılara, beloruslara və digər millətlərə faciəvi surətdə zərbə vurmuşdur.
Ətraf mühitin qorunması ümumi bir məsələdir. Məhz buna görə də, ekoloji təhlükəsizlik sisteminin hazırlanması yönümündə ciddi tədbirlər görülməlidir.
Artıq bu istiqamətdə müəyyən müsbət addımlar atılmışdır. BMT-nin üzvü olan 159 dövlət ətraf mühitin qorunmasına dair agentlik yaratmışlar. Bu agentliklər tərəfindən ətraf mühitin qorunmasına dair çoxlu sayda konfranslar keçirilmişdir. Bu konfranslarda həmçinin, ekoloji vəziyyəti ağır olan ərazilər – Aral dənizi, Cənubi Ural, Kuzbass, Donbass, Semipalatinsk və Çernobılla bağlı problemlər müzakirə olunur. Baykal gölündə ətraf mühitin tədqiqatına dair beynəlxalq mərkəz yaradılmışdır. «Qrinpis» beynəlxalq təşkilatı ətraf mühitin qorunması üçün bir çox işlər görməkdədir.
Lakin, bunlar hamısı ilk addımlardır və təbiti mühafizə edərək, planetimizdə həyatı qoruyaraq, irəliyə doğru hərəkət etmək lazımdır. Bu tədbirlər tək hazırki nəsil üçün deyil, həmçinin gələcək nəslin xoşbəxt və firavan yaşaması üçün zəruridir.