Əsl gözəllik daxili gözəllikdir mövzusunda inşa

İstər insanda, istər heyvanlarda, istərsə də füsunkar təbiətdə fərqli formada əks olunmasına baxmayaraq, hamımız gözəlliyi sevir, daima onu axtarır, gördükdə isə ondan zövq alırıq.
Dünyanı gözəllik xilas edəcəkdir. Daxili və zahiri gözəllik. Bunlar ayrıayrılıqda heç nədir. Hər ikisi bir yerdə olduqca, bir-birini tamamladıqca daha gözəl görünür.
Zahiri gözəllik – gözün, daxili gözəllik ruhun sevdiyi, dəyərləndirdiyidir. Zahiri gözəllik gözün aldandığı, daxili gözəllik – ruhun inandığıdır. Insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salariar.
Daxili gözəllik nədir? Özündəki çatızmazlıqlarla ardıcıl döyüşmək, pisliklərdən təmizlənmək, özünü yaratmaq, kamilləşmək insan içdəkidir, üzdəki deyil.
Kimdən soruşsan ki, hansı gözəllik önəmlidir? Tək cavab alarıq, əsl gözəllik daxili gözəllikdir. Allah hamını eyni yaratmayıb. Kimisinə daxili, kimisinə xarici, kimisinə isə hər ikisini verib. Hərə gözəlliyi bir cür başa düşür. Mən belə başa düşürəm ki, bütünlüklə eybəcər insan yoxdur. Sadəcə o gözəllikləri görmək lazımdır. Bəzən xarici gözəllik adamı aldadır. Kənardan baxıb qəşəng bir ev görürsən. Içinə daxil olanda gördüyün mənzərə əvvəl gördüyün bütün gözəllikləri yox edir. İnsanlar da belədir. Xarici gözəlliyi olan insanın iç dünyası eybəcərliklərlə pas bağlayıbsa, o gözəllik heç kimə gərək deyil. Bəs mənim anlamımda əsl gözəllik nədir? Əgər xarici çirkin adamın daxili gözəldirsə, o daxili gözəllik xarici çirkinliyi yox edir.
Əsl gözəllik insanın təbiiliyində, ağlında, düşüncəsində, əxlaqi tərbiyəsində, danışığında, gülərüz simasında, dilinin şirinliyindədir.
İnsan sadə olmalıdır. Sadəlik daxili gözəlliyin ən yaxşı meyarlarındandır. İnsanın əməli, işi gözəl olmalıdır. İnsan kənardan özünə baxıb qiymət verməyi bacarırsa, yersiz hərəkətlər etmirsə, özünü idarə etmək qabiliyyətinə malikdirsə o, insan gözəldir.
İnsanın duyğulan gözəl olmalıdır. Kiməsə qarşı içində saf və təmiz hisslər bəsləyirsənsə, bu artıq daxili gözəlliyin sübutudur.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button