Fiziki olaraq qumar oynamaq yoxsa online kazino?

Azartlı oyunlar insanlara həmişə bol adrenalin, həyəcan və emosiyalar burulğanı verir. Ona görə də qumar oyunlarına maraq çox böyükdür. Hətta islam ölkələrində belə adamlar bəzən əvvəl yaşamadıqları həzzi əldə etmək üçün xaricə köçəndə kazinolara üz tutur. Türkiyədə, Acariyada iranlı və ərəb turistlərin daimi müştəri olması buna sübutdur. Gəlin etiraf edək ki, qumar oynayanda sinirlər dartılır, içində bir həyəcan hiss edirsən, böyük bir uduşun astanasında olduğunu hiss etmək sizə enerji verir.

Otellərdə kazino

Məlum məsələdir ki, Las-Veqas kimi qumar şəhərini hər ölkədə yaratmaq mümkün deyil. Bunun üçün nə iqtisadi, nə demoqrafik, nə də mədəni şərait var. Ona görə də adətən qumar oyunlarını fiziki olaraq mehmanxanaların alt mərtəbələrində oynayırlar. Sırf kazinolarda deyil, məhz otellərdə oynamaq üçün XX əsrdə kifayət qədər əsas var idi:

  • İnsanlar kazinoda görünmək, özlərini ifşa etmək istəmirlər. Amma oteldə qaldığın otaqdan rahat aşağı düşürsən. Səni nə paparatsilər, nə də jurnalistlər görür.
  • Özünlə əlavə yük, əşya daşımağa ehtiyac qalmır.
  • Fasilə etmək istəyəndə yaxud dincələndə rahatlıqla poker stolundan ayağa qalxıb otaqda duş qəbul edə bilirsən.

Ona görə də müştərilər ixtisaslaşmış kazinolardansa otelləri dahaüstün seçirdilər. Amma…

İnternet dövründə hər şey dəyişir

Rəqəmsallaşan dünyamızda onlayn kazino insanlara daha çox nəzarət imkanı verir. Artıq qumar oynamaq üçün Monte-Karloya yaxud digər xarici ölkəyə getməyə ehtiyac yoxdur. Kompüter ekranının qarşısındaca rahatlıqla bakkarat, poker, ruletka və s. oynaya bilərsən.

Canlı otellərdə qumar oynamaqdansa online oynamağıln üstünlükləri çoxdur. Gəlin onları sadalayaq:

  1. Xaricə getməyə, səyahət, təyyarəyə bilet almaq və s. üçün əlavə xərcə ehtiyac yoxdur. Yola, otelə və s. xərclədiyiniz pulu elə qumar oyununun özünə sərf etməyiniz daha sərfəlidir.
  2. İstədiyin vaxt oynaya bilərsən. Saat fərqinə baxmayaraq, Bakıda oturub bir amerikalı ilə rahat şəkildə oynaya bilərsən. Gecə, gündüz, ofisdə, evdə divanda – fərqi yoxdur.
  3. Assortiment çoxluğu. Hər kazinonun müəyyən limiti var. Elə yer var ki, orda ancaq poker oynayırlar, sən isə blackjack oynamaq istəyirsən. Elə otel də var ki, uduşa maksimum limit var. Onlayn kazinoda isə hər şeyin sahibi özünsən: harda, necə, nə cür oynayacağına özün qərar verirsən.
  4. Privat həyat. Boynumuza alaq ki, Azrəbaycanda qumar oynamağa çox vaxt yaxşı baxmırlar. Bir professoru, tanınmış müğənnini, investisiya şirkətində işləyən meneceri kazinoda canlı görmək, fotoqrafiyalarda görmək həmin adamlar üçün xoş deyil. Amma, rəqəmsal kazinolarda heç kim sizi izləmir, anonimsiniz.
  5. Aşağı stavkalarla oynamaq. Bir kazinoya gedib 5 dollarla poker stolu arxasında oturmaq gülməlidir. Amma internetdə bu problem deyil. Hətta bəzi onlayn kazinolarda demo-oyunlar oynaya, özünüzü sınaya bilərsiniz. Pulun məbləği problem deyil. Yer gəlmişkən, online kazinolarda uduşu nağd kazğı pullarla alıb daşımağa ehtiyac yoxdur. Rahatlıqla Skrill, WebMoney, öz plastik kartınıza və s. köçürə bilərsiniz.

 

Azerbaycan kazino dünyası üçün əlbəttə ki, online kazino daha perspektivli və təhlükəsizdir. Bildiyimiz kimi, Bakıda qumar oyunlarına həm qanun tərəfdən müəyyən qadağalar var, həm də canlı olaraq hansısa otel tapıb orada oynamaq mümkün deyil. Ona görə də, həm problemlərdən uzaq olmaq, həm də asanlıqla mobil telefon ekranındaca oynamaq üçün onlayn kazinolarda oynamaq daha yaxşıdır nəinki qorxa-qorxa, səni kiminsə güdəcəyini gözləyə-gözləyə bir oteldə oynamaq.

Bu bloq yazısını dəyərləndir
Back to top button