Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir mövzusunda inşa

Heydər baba, vicdanın da namus, din
Dosta hörmət, düşməninə qəzəb, kin.
Atillanın, Teymur xanın, Babəkin…
Qeyrətidir damarında çağlayan,
Səni xalqa, xalqı sənə bağlayan.

Belə bir deyim var: «Adam var ev üçün, adam var el üçün doğulur.»
Deyirlər Ulu Tanrı bəşər övladının düçar olduğu sıxıntıdan, üzləşdiyi bəladan xilas olması üçün hər əsrdə ona bir dahi şəxs bəxş edir. Bu baxımdan Azərbaycan xalqı Tanrıya daha yaxın olan xalqdır. Allahın bu millətə bəxş etdiyi belə bir dahi Heydər Əlirza oğlu Əliyevdir.
Heydər Əliyev heç bir çərçivəyə sığmayan, öz xalqının, vətəninin xoşbəxtliyi və azadlığı naminə canından belə keçməyə hazır olan fədakar insan idi. Heydər Əliyev Azərbaycan tarixinin tək-tək dahilərinə, böyük dövlət xadimlərinə nəsib olan əvəzsiz işlər görmüş, doğma Azərbaycanımız naminə misilsiz fəaliyyət göstərmişdir.
Tarix bu şəxsiyyəti işini, əməllərini, özü-öz səhifəsinə yazaraq yetişən nəsillərə məğrurluqla çatdıracaqdır.

İnsan var, saniyə buraxmır hədər,
İnsan var, keçirir zaman, dolanır.
İnsan var, düşünür gələn illəri,
İnsan var, eyləyir güman dolanır.

Məhz H.ƏIiyev saniyə və dəqiqəsini hədər verməyən, uzun illəri öncədən görüb dərk edən əvəzsiz tarixi şəxsiyyət idi. O, milli tariximizdə özünə xas yer tutan nadir simalardan idi. XX əsrin sonunda və yeni minilliyin əwəllərində xalqımızın əldə etdiyi nailiyyətlər məhz bu görkəmli dövlət xadiminin şərəfli adı ilə bağlıdır.
Ümummilli liderimizin həyat fəlsəfəsi – onun müstəqil dövlətçilik və Azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və inkişaf etdirilməsi məsələlərindəndir.
Belə ki, H. Əliyev dühası bütöv Azərbaycanı işıqlandırırdı. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsus idi.O, Azərbaycan deyilən bir zirvənin məğrur qartalı idi.

Həmişə qartala qibtə etmişəm,
Öz zəfər himnini çalır zirvədə.
Nə qədər düşsədə ucalığından,
Enəndə yenə də qalır zirvədə.
Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button