İnsan həyatında dostluğun rolu mövzusunda inşa

Dostluq haqqında olan bu sözlər dahi Nizami Gəncəviyə məxsusdur. Dostluq insanın həyatında mühüm rollardan birini oynayır. Dostluq müxtəlif formalı olur: uşaqlıq, böyük yaşda, beynəlxalq və s. insan gərək bütün şəraitlərdə dostluğa sadiq qala, onu yüksək qiymətləndirə və hər bir dəqiqə köməyə gəlməyə hazır ola. Əsl dostluq insana verilən nadir və qiymətli bir nemətdir. Bəzən dostluq qohumluq əlaqələrindən də möhkəm bir telə çevrilir. İnsanın həyatda ən böyük xoşbəxtçiliyi – insanın əmin olmasındadır ki, onun həqiqi dostu və ya dostları var. Özünün həqiqi və dəyərli dostunun olmasını bilən insan, bilir ki, artıq o, tək deyil. O, rahat və əmindir ki, lazım gəldikdə dostluqdan istifadə edə bilər.
Dost – səninlə ortaq marağa və ortaq hədəfə sahib olan insandır.
Sadiq və vəfalı dostu tapmaq üçün gün və ya həftə bəs eləmir, onu tapmaq üçün aylar və illər tələb olunur. İndiki zamanda sadiq və vəfalı dostu tapmaq daha çətindir, nəinki onu itirmək.
Yaxşı dost səndən hər hansı yaxşı xüsusiyyəti götürər, sənin pis xasiyyətini və ya əməilərini isə sənin üzünə deyər. Əsl dostluğun bax, belə bir düsturu var: bəla yalnız bölünür, sevinc yalnız toplanır. Yalnız ən sadiq dost insanı səbirlə dinləyib, ona lazım olan məsləhəti verə bilər. Dostluq – insanlar arasında olan yaxın, şəxsi xarakterə malik məsələləri əhatə edir. Böyük səmimiyyət, bir-birindən sirr gizlətməmək, bağlılıq hissi, dostuna xatir öz şəxsi xeyrindən imtina etmək – bütün bunlar insanlar arasında yer alan əsl dostluğun bariz nümunəsidir. Ona görə də, dost seçdikdə insan gərək çox diqqətli olsun. Belə bir söz var: «Pis dost insanı cəhənnəmə aparar». Bu sözdə böyük həqiqət var. Bəzi insanlar üçün, dostluğun öz anlamı var: dost haqq-ədalətdən asılı olmayaraq, onun tərəfində olmalı, onun eyiblərini ona deməməli, dərs danışarkən və ya imtahan vaxtı ona xəlvətcə pıçıldayaraq kömək etməli, ev tapşırığını köçürməyə verməli və ya onun əvəzinə etməli və s. Mənim fikrimcə bu dostluq – saxta və yalançı dostluqdur.
Belə bir misal çəkmək olar: doqquzuncu sinif şagirdi olan Fikrətlə Mahir dostluq edirlər. Onlardan biri riyaziyyatı yaxşı bilir, digəri isə bu fənni mənimsəməkdə əziyyət çəkir və adətən, özünə bəraət qazandırır ki, mən ədəbiyyatçı olacağam. Dostlar birlikdə dərslərə hazırlaşmağa başladılar. Fikrət səbirlə dostuna riyaziyyatı başa salırdı. Nəticə olaraq çox keçməmiş Mahir artıq riyaziyyat dərsində danxmırdı. Bir müddət əvvəl o, həll edə bilmədiyi məsələ və misalların öhdəsindən artıq necə lazımdır gəlirdi. Mahir isə öz növbəsində, Fikrətə ədəbiyyat dərsində qaranlıq qaldığı yerləri izah edirdi. Fikrət artıq ədəbiyyat dərsini daha yaxşı qavramağa başladı. Bu iki şagirdin nümunəvi dostluğunu, əsl dostluq adlandırmaq olar.
Əsl dostluq, insan həyatında əvəzedilməz rola malikdir.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button