İnsan – Təbiətin qayğıkeş sahibidir (1) mövzusunda inşa

Bizi əhatə edən hər bir şey – təbiətdir. Təbii sərvətlərdən rasional və qayğıkeş surətdə istifadə etdikdə, onlar tükənməz olur. Hazırki zamanda insan təbii proseslərə daha aktiv müdaxilə edir, buna görə də ətraf mühitin qorunması məsələsi ən aktual mövzulardan birinə çevrilmişdir. Hal-hazırki nəslin və gələcəyin səadətli yaşaması üçün, insanlar təbiətin qorunmasını və onun sərvətlərinin elmi əsaslandınlmış, rasional surətdə istifadəsini ümdə məsələlərdən biri hesab edirlər. Su ehtiyatlarından düzgün istifadə, ətraf mühitin çirklənməməsi, təbii sərvətlərdən təkrar istifadə edilməsinin təmin edilməsi, flora və faunanın məhv edilməsinin qarşısının alınması da bu qəbildən olan problemlərdəndir. İnsan təbiətin qayğısını çəkməli və onun sərvətlərini qorumalıdır.
Bitkilər olmadan bizim planetimizi təsəvvür etmək olmaz. İnsanın həyatında bitkilərin əvəzedilməz rolu vardır. Meşələr və meşə zolaqları şəhərləri, kəndləri tozdan və zəhərli qazlardan təmizləyir, sakinləri səslərdən qoruyurlar. Bitkilərin qorunma vasitələrindən ən yaxşısı, ən effektlisi – onların əkilmə sahələrini qorumaqdır. İnsanlar bunun üçün qoruqlar, müvəqqəti qoruqlar və təbiət parkları salırlar. Nadir tapılan bitkilərin itib aradan getməməsi üçün botanika bağları, təcrübə stansiyalan və digər buna bənzər təsisatlar qururlar.
İnsanın apardığı təsərrüfat fəaliyyəti nəticəsində təbiətə elə ziyanlar vurulur ki, nəticə olaraq flora və faunanın bir çox növləri artıq Yer üzündə yoxdur. Bir çox növlər isə məhv olma təhlükəsi altındadır. Onların xilas olunması üçün xüsusi Qırmızı kitab yaradılmış və ora artıq məhvə doğru gedən flora və fauna növləri daxil edilmişdir. Bu növləri və ümumiyyətlə, təbiəti qorumaq bizim borcumuzdur. Buna nail olmaq üçün, bu orqanizmlərin necə yaşadıqlarını və hansı şəraitdə çoxalıb artmalarını bilmək lazımdır.
Təbiətin qayğısını çəkmək dedikdə, təbiət qanunlarını bilmək, təbii sərvətlərin inkişaf etdirilməsi və təbiətin insanla optimal qarşılıqlı münasibətlərinə nail olmaq nəzərdə tutulur. Təbiətin qayğıkeş sahibi olmaq – nəticə etibarilə, insanın özü haqqında qayğı çəkmək deməkdir. Təbiət və bəşər ayrılmazdır. Təbiət insandan asılıdır, insan isə öz növbəsində təbiətdən asılıdır. Təbiətin qayğısını çəkməklə insan öz gözəl və səadətli gələcəyini təmin edir.
Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button