İş insanın cövhəridir mövzusunda inşa

Daş baltadan kosmik gəmiyə, sadə əmək alətlərindən mikroelektronikaya, kobud məişət əşyalarından nəhəng tikililərə. Bu insanlığın keçdiyi uzun və şərəfli inkişaf yoludur.
Bunların əsasında duran nədir? Çox güman ki, insan və əmək birləşərək vahid hala gəlmişlər. İnsan cəmiyyəti çalışaraq, alın təri ilə keçdiyi inkişafı təsəvvür etmək üçün, həqiqətən də güclü xəyali qüvvəyə ehtiyac var.
Müasir elmi və texniki nailiyyətlərə çatan insanın, bu yolda hansı əziyyət və məşəqqətlərdən keçməsi aydındır. Elə, indiki zamanda, babalarımızın odu necə əldə etmələrini təsəvvür etmək elə də rahat deyil.
İlk süni odu əldə etmək üçün, uzun sürən təcrübələr və müşahidələrin aparılması, böyük səbir və inam tələb edirdi.
Bəs, daş balta? Bu alət böyük bir dövrü əhatə edir, hətta mən deyərdim ki, müəyyən dərəcədə «texniki inqilabdır». Daş balta və əmək vasitəsi deyil, həmçinin dəyərli silah idi.
Əsrlər və minilliklər keçir. Onilliklər bir-birini əvəzləyir, lakin insan durmadan çalışır və yeni-yeni şeylər ixtira edir.
XX əsr böyük kəşflər və ixtiralar əsridir. Bu əsrdə, əmək nəticəsində toplanmış bütün təcrübə və bilik vahid anlama xidmət etmişdir. Keyfiyyətcə yüksək əmək sayılan, zehni əməyə keçid yaranmışdır. Məhz bunun nəticəsində böyük inkişaf sıçrayışlarına nail olunmuşdur.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button