Mehriban ana əlləri (1) mövzusunda inşa

Elə insanlar var ki, onları heç kim əvəz edə bilməz. Heç kim bizə ən əziz, ən yaxın və ən dəyərli insan olan ananı əvəz edə bilməz. Hələ beşikdə olarkən biz onun incə səsini eşidir, onun zərif əllərinin sığalını duyuruq. Bir çox yazıçı və şairlər analann şəninə öz əsərlərinin ən gözəl sətirlərini həsr etmişlər. Uşaqlarının tərbiyəsində valideyinlərin iştirakı çox böyükdür, xüsusən də anaların.
Elə bir insan tapılmaz ki, anasına hörmət etməsin və dəyərləndirməsin. Ana, insan Allah tərəfındən bəxş edilən ən müqəddəs və dəyərli bir varlıqdır.
Mən öz anam haqqında danışmaq istəyirəm. Ana mənim həyatımda malik olduğum ən dəyərli bir zinətdir. Mən ananın hər bir insan üçün nə olduğunu çox gözəl dərk edirəm.
Mənim anam çox yumşaq, mehriban, incəqəlbli, şəfqətli, xeyirxah və həssas bir insandır. O, hər şeyin qayğısını çəkir, mənə cəmiyyətdə özümü necə aparmağı, səliqəliliyi, ədalətli olmağı və çoxlu başqa dəyərli şeyləri öyrədir. Biz onunla dostluq edirik. Mən, bütün məsləhətləri onunla edirəm. Onunla həm sevincimi, həm kədərimi bölüşdürürəm.
Vaxtının az olmasına baxmayaraq, anam mənə diqqət ayırmağa həmişə vaxt tapır. O, mənə çoxlu kitab oxumağı və mütaliə etməyi məsləhət görür ki, gələcəkdə mən hər hansı bir peşəyə yiyələnə bilim və həyatda qarşıma müəyyən bir məqsəd qoyaraq, ona nail olum. Tez-tez olmasa da, anam mənimlə teatra, muzeyə və şəhərin görməli yerlərinə gəzməyə gedir. Və mən bundan çox böyük həzz alıram, bu, mənim həyatda yaşamağıma bir güclü qüvvə və stimul bəxş edir.
Əziz və mehriban anam haqqında danışmaqdan mən yorulmuram və onun haqqında sonsuz olaraq danışmaq istəyirəm.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button