Meşələr planetimizin “Ağciyəridir” fikrini necə başa düşürəm ? mövzusunda inşa
Bitkilər olmadan planetimizi təsəvvür etmək olmaz. insanın həyatında bitkilərin əvəzolunmaz rolu vardı. Meşələr və meşə zolaqları şəhərləri, kəndləri tozdan və zəhərli qazlardan təmizləyir, sakinləri səslərdən qoruyurlar. Bitkilərin qurunma vasitələrindən ən yaxşısı onların əkilmə sahələrini qorumaqdır. Təbiətin qayğıkeş sahibi olmaq insanın özü haqqında qayğı çəkmək deməkdir. Təbiət və bəşər ayrılmazdır. Təbiət insandan asılıdır, insan isə öz növbəsində təbiətdən asılıdır. Təbiətin qayğısını çəkməklə insan öz gözəl və səadətli gələcəyini təmin edir.
Azərbaycan respublikasının ümumi sahəsi 86,6 min kv metrdir. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min kv metrdir. Hər adam başına təqribən 0,12 meşə sahəsi düşür.
Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşməsinə şərait yaradır.
Meşələrin qırılması və ətraf mühitin çirklənməsi bitki aləminə zərbələr vurur, nəticə etibarı ilə insanların sağlamlığına, hətta həyatına təhlükə yaradır. Bu səbəblərə görə təbiətin qorunması bizim planetin ən vacib məsələlərindən biridir. Ağacların qırılması minlərlə heyvan və bitkilərin, əkilmiş kənd təsərüffatı məhsullarının məhv olmasına, iqlimin dəyişməsi və s. bəlalarla nəticələnir.
Həqiqətən də yaşıllıq olmasa, nəinki insanlar, bütün canlılar məhv olar.
Meşələr təmiz hava, sağlamlıq və gözəllik deməkdir. Meşələr həqiqətən də, planetimizin «ağciyəridir». Meşələrsiz nəfəs almaq çətinləşər. Biz hava ilə nəfəs alırıq, hava təmiz olmadıqda hər şeyi məhvə aparar. Təbiət bizə qida, geyim və yurd -yuva bəxş edir. O, yaşamaq üçün bizim bütün zəruri ehtiyaclarımızı ödəyir. Təbiət bəşərə verilən ən əziz olan şeylərdən biridir.
Hər bir insan gərək uşaqlıqdan təbiət qarşısında vəzifəsini bilsin, yəni onu sevsin, qorusun və mühafizə etsin. Bəşər təbiəti mühafizə etməyə borcludur, çünki bunu ilk növbədə özü üçün edir.
O, bizi duyğusuz, ruhsuz sanmasın.
Yollar uzansa da, yollar artsa da,
Meşələr pozulub yaralanmasın.