Milli qəhrəman Mübariz İbrahimovun qısa, lakin şərəfli həyat yolu mövzusunda inşa

1988-ci ilin soyuq fevral ayında Azərbaycanın cənub bölgəsi sayılan Biləsuvar rayonunun Əliabad kəndində bir oğlan uşağı dünyaya gəldi. Dünyaya gəlişinin səhərisi günü birinci dəfə övladını qucağına götürən ataseyid Ağakərim, oğlunun gözlərində sanki qeyri-adi bir işıq, parıltı hiss etdi. O bunu həyat yoldaşı Şamama xanıma da bildirdi. Çünki əwəlki övladlarında bu parıltını görməmişdi. Sanki yenicə dünyaya göz açan bu uşaq gözlərindəki parıltı ilə dünyaya gəlməsinə sevinirdi. Sevinirdi ona görə ki, məhs azərbaycanlı ailəsində, həm də qeyrətli, əsilli-nəcabətli bir seyid ailəsində dünyaya gəlmişdir. Sanki gözlərindəki parıltı ilə bu vətənə, bu torpağa sevgisini ilk gündən nümayiş etdirirdi bu uşaq.
Ata bu oğluna Mübariz adını verdi. Seyid Ağakərim kişi oğluna verdiyi bu adla sanki qeyrətli, namuslu, cəsarətli və torpağına, vətəninə bağlı olmaq nəsiyyətini verdi. illər keçdikcə Mübariz də yavaş-yavaş böyüyürdü. Böyüdükcə öz davranışı, ağılı və zəkası ilə yaşca özündən böyük qardaşından və yaşıdlarından fərqlənirdi. Xüsusən də fitnəkar, xain düşmənlərimiz olan ermənilərin torpaqlarımızı rus ordusunun dəstəyi ilə işğal etməsini usaq zəkası ilə belə qəbul edə bilmirdi. Tez-tez televizorda gördüyü verilişlərdə ermənilərin bizim qız-gəlinlərin başına açdıqları iyrənc hərəkətləri, qoca və uşaqlara aman vermədən vəhşicəsinə öldürməklə kifayətlənməyib meyitlərinin tanınmaz hala saldıqlarını görüncə, Mübarizin də içində bu millətə qarşı nifrəti günü-gündən artırdı. Yeniyetmə Mübarizin içindəki nifrət getdikcə qisas hissinə çevrilmişdi. Mübariz dəfələrlə özüözünə söz vermişdi ki, böyüyüb ermənilərdən qisasımı alacağam. Bu məqsəd onda idmana həvəs oyatdı. Mübariz boks dərnəyinə yazıldı və bu idman növü ilə ciddi məşğul olmağa başladı. Məşqlərdən əlavə boş vaxtlarında həyətin bir küncündə yaratdığı kicik bir məşq meydançasında məşq edirdi. Mübarizdəki vətən sevgisi o qədər yüksək idi ki, seçdiyi bu idman növü ilə məşğul olmaqla qüvvətli olub, həm düşməndən qisas almaqla vətəni düşmən torpağından xilas etmək, həm də dünya çempionatlarında birinci yeri tutmaqla Azərbaycanın bayrağını yüksəklərə qaldırmaq istəyirdi. Lakin birinci məqsədi ikincidən daha üstün idi. Ona görə də Mübariz bütün fikir və diqqətini birinci məqsədinə yönəltdi. O öz həyat yolunu seçdi. Bu yol isə orduda xidmət etməkdən keçirdi. Gizirlik məktəbini bitirdikdən sonra ilk düşdüyü hərbi hissə Mübarizi qane etmədi. Çünki bu hərbi hissə düşmən mövqeyindən bir qədər aralı yerləşirdi. Ona görə də, yazılı müraciət edərək düşmənlə üz-üzə olan mövqelərdəki hərbi hissədə xidmət etmək arzusunu bildirirdi. Və bu məqsədinə də nail oldu. Yeni hərbi hissəyə düşdüyü gündən bir neçə gün keçəndən sonra qəlbinin dərinliyində kök salmış arzusuna nail olmaq, düşmənin üstünə gedərək hələ uşaqikən arzuladığı əlindəki avtomat silahı ilə qarşısına çıxan erməniləri məhv etmək, qisasını almaq imkanını əldə etmişdi.
Artıq qərarını verib valideynlərinə zəng vurur. Sonuncu dəfə valideynlərinin səsini eşitmək istəyir. Çünki bilirdi ki, şəhid olmağa gedir. Öldürərək şəhid olmağa. Bütün əsgərlər yatandan sonra, avtomat və qumbaraları götürərək ermənilərin mövqeyinə yollanır. Nəzərdə tutduğu kimi qarşısına çıxan erməni yaraqlılarını aman vermədən atəşə tutur, birbirinin ardınca yerə sərməyə başlayır. Mübariz irəliləyərək düşmənin ağlına gəlmədiyi bir vaxtda kazarmalarına yaxınlaşır. Düzgün mövqe seçib birbaşa erməni əsgərləri ilə dolu olan kazarmanı güllə baran edir. Ermənilər vahiməyə düşərək müxtəlif istiqamətlərdə qaçmağa başlayırlar. Mübariz qaçmaq istəyən ermənilərə aman vermədən güllə atəşinə tutur. Ətraf erməni meyitləri ilə dolur. Bir müddətdən sonra özlərini itirmiş ermənilər Mübarizin mövqeyini təyin edə bilirlər və onu mühasirəyə almağa başlayırlar. Mübariz son anına qədər döyüşür, öldürür və şəhid olur.
Mübariz nəinki Ermənistana, həmçinin onun havadarlarına göstərir türkün gücünü. Mübariz öz qəhrəmanlığı, cəsarəti ilə bütün dünyaya bir mesaj verir ki, türkün səbri tükənəndə onun qabağında heç bir ordu, heç bir silah maneə ola biməz.
Azərbaycanda isə belə Mübarizlər yüzminlərlədir və hər gün də dünyaya gəlməkdə davam edirlər.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button