Müasir insanın həyatında kompyuter texnologiyalarının rolu mövzusunda inşa
Kompyuter texnikası artıq gündəlik həyatımızın ayrılmaz tərkib hissələrindən birinə çevrilib. Bu gün informasiya-kommunukasiya texnologiyalarının insan həyatının bütün fəaliyyət sahələrinin yüksək templə tətbiqi informasiya cəmiyyətinin qlobal xarakter almasından xəbər verir. Bu texnologiyalardan geniş istifadə insan hüquqlarının qorunmasında iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Şübhəsiz, günümüzdə kompyuterin ən böyük faydalarından biri qısa zaman içərisində kitablardan axtardığımız bilikləri buradan əldə edə bilməyimizdir.
Kompyuter uşaq və gənclərin bünövrəsi qoyulmuş biliklərinin inkişafından əlavə problem və həlli yollarının inkişaf etdirilməsində faydalıdır.
Kompyuter bacarığı günümüzün problemlərindəndir ki, yaxın zamanlarda kompyuter biliyi olmayan insanların cahil insanlardan heç bir fərqi olmayacaqdır. İnsanlar bir-biri ilə əlaqə yaratmağı, alış-veriş etməyi, kütləvi informasiya vasitələrindən məlumat və digər kompyuter biliyi olmayan heç bir insan bunlardan istifadə edə bilməyəcək.
Hal-hazırda internet bir bilik kitabxanasıdır. Çünki internetdə axtarıb tapa bilməyəcəyimiz bir şey yoxdur. Ədəbiyyat, tarix, riyaziyyat, mədəniyyət, incəsənət bir sözlə, axtardığın hər şeyi internetdə əldə etmək mümkündür. Bu baxımdan da kompyuter və internet çox təsirli, asan və ucuz bir təlim vasitəsidir.
İnternet vasitəsi ilə başqa-başqa ölkələrdə yaşayan insanlarla əlaqə yaradıb, onların mədəniyyəti, adət-ənənələri haqqında məlumat alıb öz ölkən haqqında onları məlumatlandırırsan.
Kompyuter və internet vasitəsi ilə insanlar öz fikirlərini bildirir, müəyyən fıkir barədə mübahisə və müzakirələr edir, şair və yazıçılar şeir və məqalələrini yerləşdirir – bir sözlə, özlərini hər cür ifadə etmək imkanlarına malik olurlar.
Azərbaycan Prezidenti İ.ƏIiyev informasiya-kommunikasiya texnologiyalarının imkanlarından hamının bərabər səviyyədə istifadə etməsinin mühüm məsələlərdən biri olduğunu açıqlayıb. Bu istiqamətdə aparılan dövlət siyasəti bu sahənin inkişafına əlverişli şərait yaratmışdır.
XXI əsr cəmiyyətin formalaşmasına təsir edən ən mühüm amillərdən biri olan informasiya-kommunikasiya texnologiyasının insanların həyatında rolu, göründüyü kimi getdikcə artmaqdadır.