Nəyə görə kitabı qorumaq lazımdır? mövzusunda inşa

Qədim fransız atalar sözündə belə deyilir: «Təhsil bir xəzinədirsə, əmək onun açarıdır». İnsan həmişə sözün qüwəsinə inanmış və onu kitablarda qeyd etmişdir. Kitab daim bilik mənbəyi olmuşdur. Onunla dərs oxunur və onu Yer kürəsinin bütün xalqları qoruyurlar.
Mən hələ oxumağı bacarmayanda, kitabın şəkillərinə baxırdım və fikirləşməyi öyrənirdim. Məktəb dərslikləri məni savadlandırdı, mənə yazıboxumağı öyrətdi. Mənim çoxlu kitablarım – böyük bir kitabxanam var. Burada müxtəlif növ kitablar toplanmışdır: heyvanlar barəsində, rəssamlıq haqqında, səyahət, sərgüzəşt, detektiv, dini ədəbiyyat və s. Nə qədər çox kitab mütaliə edirsənsə, bir o qədər də çox bilirsən. Kitab yaxın dost və müəllimdir. Buna görə də, kitabla ehtiyatla davranmaq və onu qorumaq lazımdır. Onun vərəqlərini korlamaq və ya çirkləndirmək olmaz. Kitabın vərəqlərini cırmaq isə lap pis əməldir. Kitablar tozu və nəmliyi sevmirlər. Onları qorumaq və qayğı göstərmək gərəkdir.
Kitab həmişə yaxşı və dəyərli məsləhətlə köməklik göstərər. O, sənə peşə seçimində yardımçı olar. Kitab bir əbədi dostdur ki, ondan heç vaxt ayrılmazsan.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button