Öz müasirimi necə görmək istərdim (1) mövzusunda inşa

Bizim hər birimiz elə insanlarla rastlaşır ki, özlərini çox intellektual, mədəni və ağıllı, musiqidən, poeziyadan, fəlsəfədən və digər elmlərdən baş çıxaran bir insan kimi göstərmək istəyirlər (bəzən belə insanlara tək cavanlar arasında deyil, yaşlılar arasında da rast gəlinir). Belə başa düşmək olar ki, əgər insan özünü mədəni və ağıllı insan kimi göstərmək istəyirsə, özü haqqında bu təəssürat yaratmaq fikrindədirsə, deməli, onun həm daxili və həmçinin zahiri mədəniyyəti onun xasiyyətinə çevrilmiş, onun mənəvi haləti bunu tələb edir. indi burada həmin şəxs, riyakarlıq edir və ya həqiqətən də belədir – bu başqa bir məsələdir.
Orta əsrin dahi alimi, filosof, təbib və öz zəmanəsində bütün elmlərə baş vuran insan – ibn Sina, belə bir fikir söyləmişdir: «lnsanın mənəviyyatı və əxlaqı onun əməllərində təzahür olunur». İnsan haqqında təəssüratı, onun etdiyi əməllərdən, davranışından (yaxınları, qohumları və ya digərləri ilə münasibətdən), heyvanlara və təbiətə olan münasibətindən, geyimindən, danışığından və s. bilmək olur.
Yanğın baş verən evin yanından təsadüfən keçən oğlan, özünü oda ataraq uşağı yanğından xilas edir. On altı yaşlı məktəbli qız, öz canını risq altına qoyaraq buzovların həyatını xilas etdi. Avtomobil qəzasına düşmüş oğlanı cərrah bütün gecə əməliyyat apararaq xilas edir. Vətənin mübarizəsinə qalxan qəhrəman əsgər, döyüş vaxtı minanı götürərək özünü tankın altına ataraq həlak oqur. Bu və digər bu tipli insanların yüksək səviyyəli hərəkətləri, onların ani olaraq etdiyi hansısa əməl deyil, yüksək mənəvi səviyyəyə malik olan əqidəli insan olmasının təzahürüdür. Heç şübhə yoxdur ki, bu insanlar digər vəziyyətlərdə də bu cür hərəkət edəcəklər: başqa insan şəxsiyyətini alçatmaz, başqasının pis münasibətinə qarşı səbir göstərər, nəqliyyatda gedərkən qadınlara və qocalara yer verər, maqnitofonlarının səsini həddən artıq qaldırmaz, başqasına əziyyət verməz və s.
Bu əməllərin mahiyyəti ondan ibarətdir ki, bu şəxslər, hər bir insanın, heyvanın və təbiətin onun, ümumilikdə insanın qarşısında müəyyən haqqa malik olduğunu dərindən dərk edirlər. Onlar yaxşı anlayırlar ki, digərinin haqqını tapdalamaq olmaz və söhbət bir xırda qarışqanın haqqından gedirsə də belə, bu işlərə məsələ kimi baxmaq olmaz. Həyatda hər bir şeyin əhəmiyyəti var. Məşhur alman filosofu Hegel belə demişdir: «Son olaraq, insan – öz əməllərinin təcəssümüdür».
Mən öz müasirimi, həqiqi olaraq mədəni insan görmək istərdim. Çünki «mədəni» kəlməsi özündə çox şeyi birləşdirir: həm şəxsi və həm ictimai təfəkkürlü olmalı, mənəvi aləmi geniş olmalı, öz fikirlərini səlis ifadə etməyi bacarmalı, təbiətin, hətta heyvanın haqqını tanıyıb, hörmət etməlidir.
Lakin xasiyyət, insanın əxlaqi keyfiyyətləri, onun mənəvi siması, məhz gənc yaşlarda formalaşır və yoğrulur. Buna görə də, mən istərdim ki, mənim müasirlərim qədim atalar sözünü heç vaxt unutmayaydılar: «Mənəviyyatını gənclikdən qoru».

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button