“Özünə dost axtarmayan, özü özünün düşmənidir” mövzusunda inşa

Şota Rustavelinin dediyi bu kəlamı həqiqətən qızıl sözlərdir. Çünki dostsuz insan yaşaya bilməz. Qəlbin dərdlə dolu olduqda, onu kimə aça bilərsən? Əlbəttə ki, dosta. Düzdür, indi hər kəsin özünün psixoterapevtinin olması dəbə minir və onunla gedib problemlərlə bölüşə bilərsən. Lakin mən fikirləşirəm ki, hər insan, qəlbinin sirrini tamamilə tanımadığı bir insana gedib açmağa cəsarət tapmaz. Yaxın dost isə elə bil insanın qəlbinin bir parasıdır. O, sizi dinləcəyək və nə iləsə kömək edəcək.
Mən belə fikirləşirəm ki, dostsuz həyat çox cansıxıcıdır. Axı, bu nə həyatdır: dərs, ev və sonra yenə dərs və ya iş?! Adamın lap başı gicəllənir. insanın dostlarının olması gözəldir, lakin ən yaxşısı – həqiqi dostların olmasıdır. Elə dostlar ki, «bir dəqiqəlik» dostlardan fərqli olaraq, sənə görə özünü oda və suya atar. «Bağda ərik var idi, salaməleyk var idi» prinsipi ilə dostluq edənlərdən əsla dost olmaz. Onlardan tezliklə uzaqlaşmaq lazımdır. Belə bir atalar sözü var: «Yarımçıq dostun olmasındansa, açıq düşmənin olmağı daha məsləhətlidir».
Və digər bir nöqteyi-nəzər – qocalıq. Hələ ki, sən cavansan və qolunda qüvvət var, sənin başın işə və ailəyə qarışır. Və dostların yoxluğu elə də hiss olunmur. Lakin sən qocalarkən və təqaüdə çıxarkən, uşaqlar hərəsi bir tərəfə yaşamaq üçün dağılışdığı təqdirdə, sən tək qalırsan, dostlarsız qalırsan. Tənhalıq isə ölümü yaxınlaşdırır. Sən daim tək qalır, həmişə deyinirsən, qalırsan dörd divar arasında və ölümü gözləyirsən. Amma dostları olan kəslər, həmişə bir yerdə gəzişir, bir-birinə qonaq gəlir, onların kef-əhvalı yaxşıdır və qocalıq hiss olunmadan keçir. İnsanlar! ö z qayğınıza qalın – dostları axtarın və qoruyun.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button