Səməd Vurğunun “Aygün” poemasında ailə münasibətlərinin real təsviri mövzusunda inşa

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun yaradıcılığında poema jann mühüm yer tutur. Şair müxtəlif illərdə «Muğan», «Zəncinin arzuları», «Avropa xatirələri», «Bəsti», «Qız qalası», «Aslan qayası», «Aygün əfsanəsi» və başqa poemalarını yazmışdır.
S.Vurğun ən yaxşı əsərlərindən biri olan «Aygün» epik poemasını 1951-ci ildə qələmə almışdır. Müəllif öz əsərində Əmirxanla Aygünün məhəbbət əsasında qurduqları gənc ailənin timsalında ifadə edir. Əmirxanla Aygünün bir-birini sevməsi onların ailəsinin xoşbəxtliyi üçün kifayət etmir, çünki ərlə-arvadın həyata baxışları müxtəlifdir, aralannda qarşılıqlı anlaşma yoxdur. Əmirxanın qısqanclığı seygililərə ailə səadətinin şirinliyini doyunca dadmağa imkan vermir, ailəni əzab-əziyyətə salır, məhrumiyyətlərə düçar edir. Lakin poemada müəllif saf eşqin ailədəki, insan həyatındakı müsbət rolunu ön plana çəkmişdir. Məhəbbət, həyat yoldaşı Aygünə və qızı Ülkərə sevgi hissi Əmirxanın xarakterindəki mənfi keyfiyyətləri yox edir, onu dəyişir və həyata bağlayır. Əsərin finalı məhəbbətin təntənəsi ilə bitir, dağılan ailə bərpa olunur.
Poemanın əsas qəhrəmanı Aygündür. Aygün S.Vurğunun sevimli qadın obrazıdır. Böyük şair Azərbaycan qadının yerini zirvədə görür, onu ailənin dayağı sanır, eyni zamanda yüksəlib cəmiyyətdə layiqli yer tutmasını arzulayırdı. Müəllif Aygünün timsalında belə bir obraz yaratmışdır.
Əsər Aygünlə Əmirxanın ailə həyatının ilk günlərinin təsviri ilə başlanır. Bir-birini sevib ailə həyatı quran ikı gənc bəxtəvərdir. Aygün qartalgözlü Əmirxanın baxışlarında bir kişilik, bir vüqar oxuyur. Onun ağır oturub-durmağı, nüfuzlu səsi, səxavəti, dostlarla məclis qurması, həyat həvəsi, hətta tərsliyi də Aygünə xoş gəlir. Şair Aygünün xoşbəxtliyini belə təsvir edir:

O duyduqca mənasını ilk məhəbbətin
Xəyalında məclis qurur saf arzularla.

Lakin gənc ailənin xoşbəxtliyi uzun sürmür. institutu bitirən Əmirxan təyinatla Muğandakı sovxozlardan birinə aqronom işləməyə göndərilir. Burada uşaq vaxtı anasının ərköyün böyütdüyü Əmirxanın xarakterindəki qüsurlar üzə çıxır və ailədəki gələcək ziddiyyətlərin təməli qoyulur.
Əmirxanın məhəbbətinə inanıb onunla ailə quran Aygün sənəti, yaradıcılığı da unutmur, konservatoriyada təhsilini başa vurmaq barədə düşünür. Əmirxan isə Aygünün səmimi baxışlarını qəbul etməkdə acizdir. Onun təsəvvürlərinə görə, ər harada arvad da orada olmalıdır. Əmirxanın dünyagörüşündəki bu dayazlıq onun xarakterindəki qısqanclığın, inamsızlığın təzahürüdür. Əmirxanın özü bunu etiraf edir və qəti şəkildə bildirir ki, Muğana tək getməyəcək. Tərəddüd içində qalan Aygünün qəlbində Əmirxana olan məhəbbət qalib gəlir və o, elmi, məktəbi yanmçıq qoyub Muğana getməyə qərar verir. Aygün Muğanda «səadətindən sevinərək» əsərlər yazır, kənd qızlanna qoşulub şərqilər oxuyur, «el içində el adətincə yaşayır».
Əksinə, Muğanın çətin həyatı Əmirxanın başqa mənfı cəhətlərini üzə çıxanr. O, ilk vaxtlarda yaxşı çalışsa da, tez ruhdan düşür, əli işə yatmır, «mədəniyyət gəlməmişdır hələ kəndlərə» deyib şəhərə qayıdır.
Şəhərdə Əmirxanın ruh düşkünlüyü daha da dərinləşir. O, ailədən və işdən soyuyur, gününü içki məclislərində keçirir, evə gec qayıdır, Aygünün onun halına yanması, ailəsinin qədrini bilməyə çağırması da nəticə vermir. Beləliklə, ərlə-arvadın ailə münasibətləri pozulur, Aygün qızı Ülkəri də götürüb evdən çıxır. Bundan sonra onun yüksəlişi başlayır. Aygün təhsilini başa vurur, simfoniya yazır. Dövlət mükafatı alır.
Ancaq həyatında baş verən bu dəyişiklik Aygünün mənəviyyatını dəyişmir. O, Əmirxandan ayn yaşadığı illərdə ilk eşqinə sadiq qalır. Onun könül evində başqa məhəbbətə yer yoxdur.
Bu müddətdə Əmirxan da dəyişir. O öz əli ilə dağıtdığı ailəsinin xiffətini çəkir. Aygünə, Ülkərə olan mənəvi bağlılıq Əmirxanı düşkün həyatdan uzaqlaşdırır. O, aqronom kimi Muğana qayıdır, əməyə bağlanır, kənddə «Əmirxan bağı» salır.
Şair əsəri nikbin sonluqla tamamlayır. Poemanın sonunda ailə səadətini hər şeydən uca tutan Aygünlə məhəbbətin təsiri altında dəyişib yüksələn Əmirxan yenidən üz-üzə gələrək sevinclə bir-birini qucaqlayırlar. Müəllifin özü də ailənin bərpasına sevinir və oxucunu da bu xoş anlann sevincinə şərik olmağa çağınr.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button