Sinkin insana 5 faydası

Sink, insan bədənindəki 300-dən çox müxtəlif fermentin düzgün işləməsi üçün lazım olan bir mineraldır. Sağlam bir insanın bədənində cəmi 2-3 qram sink var. Bədənimizdə sink  ifraz edən orqanlar tüpürcək vəzi, pankreas və prostat vəzidir. Sinkin insan sağlamlığına olan faydaları aşağıdakılardır:

  1. Makula degenerasiyasının qarşısını alır: Sink, görmə itkisinə səbəb ola bilən makula degenerasiyası riskini azaltmaqda rol oynayır. Yetkinlik dövründə və daha sonra bədənin sink ehtiyacını ödəməmək zamanla görmə itkisinə səbəb ola bilər.
  2. Xroniki yorğunluğu azaldır: Sink, daim yorğun və ləng hiss edilməsinin qarşısını alır. Xroniki yorğunluq  bədənin sink kimi əsas mineralların azalması ilə əlaqələndirilir.
  3. İmmun sistemini gücləndirir: Sink çatışmazlığı, immun sisteminin zəifləməsinə və daha asan xəstələnməyə səbəb olur. Makrofaq və neytrofil kimi immun sistemi komponentlərinin funksiyasını dəstəkləyir.
  4. Yaraların sağalmasını sürətləndirir: Sink, dərinin və selikli qişaların qorunmasında aktiv rol oynayır və xroniki xəstəlikləri olan insanlarda yaraların sağalmasını sürətləndirir.
  5. Saç tökülməsinin qarşısını alır: Sink, saç köklərini gücləndirir və həm kişilərdə, həm də qadınlarda gözlənilməz saç tökülməsini azaldır və qarşısını alır.
3.4/5 - (10 votes)
Back to top button