Toplan (1) (işgüzar təsvir) mövzusunda inşa

Müxtəlif növ it cinsləri mövcuddur. Onları ölçüsünə, quruluşuna, rənginə və səslərinə görə ayırd edirlər. Məsələn, bolonkanı digər itlərlə səhv salmaq mümkün deyil.
Bolonka cinsli olan Toplan adında it balaca ev itidir. O gözəl və qalıntüklüdür. Onun ağ, uzun və ipək kimi zərif tükü var. Toplanın üzü böyük deyil, onun böyük göz qapaqları və balaca burnu var. Üzündəki buruq saçlar elə bil ki, onun burnunu və gözlərini gizlədir. Bütün bolonkalar müxtəlif iyləri tez bir sürətdə duyurlar, onların yaxşı duyğu qabiliyyəti vardır. Toplanın azacıq uzunsov qulaqları vardır və hər hansı bir şeyə qulaq asmaq lazım gəldikdə onları şəkləyir.
Onun pəncələri böyük deyil, lakin çox möhkəmdir, həm də qabaq pəncələri arxadakılardan bir az qısadır. Toplan bərk qaçır, cingiltili səslə hürür və onu adı ilə çağırdıqda tez cavablayır.
İlk dəfə bu cins növlü iti İtaliyanın Bolonya şəhərində yetişdirmişlər. Elə həmin şəhərin adı ilə də bu cins növü «bolonka» adlandırmışdılar.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button