Torpaqlarımızın işğaldan azad olunmasına az qalmışdır mövzusunda inşa
Bədnam qonşularımız ermənilərin 1988-ci ildə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda başladıqları elan edilməmiş müharibə respublikamıza, xalqımıza böyük maddi və mənəvi ziyan vurmuşdur. Ən müasir texnika ilə silahlanmış erməni hərbi birləşmələri 1992-ci ilin fevralında Daglıq Qarabağın ərazisində yerləşən Xocalı şəhərində 800 nəfərin həyatına son qoyan dəhşətli soyqırım törətdilər. Həmin ilin mayında əvvəlcə milli musiqimizin beşiyi, təbiətin incisi Şuşa şəhəri, sonra isə Laçın rayonu süqut etdi. Bundan sonra ermənilər öz təcavüzkar siyasətlərini daha da genişləndirərək Dağlıq Qarabağın ətrafındakı rayonları da işğal etməyə başladılar. Düşmən qüwələri 1993-cü ilin yazından etibarən bir neçə ay ərzində Azərbaycanın Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan kimi rayonlarını öz nəzarətləri altına keçirməyə nail oldular.
Hazırda respublikamızın ərazisinin 20 faizi, başqa sözlə desək, 17 min kvadrat kilometr torpaq sahəsi düşmən tapdağı altındadır. İşğal nəticəsində təxminən 1 milyon soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşmüşdür. Elan olunmamış müharibə 18 min nəfərin ölümünə, 50 min nəfərin bu və ya digər dərəcədə əlillik qazanmasına səbəb olmuşdur. Ermənilərin zor gücünə zəbt etdikləri ərazilərdə çoxlu sayda yaşayış evləri, məktəblər, mədəniyyət obyektləri, tarixi abidələr qalmışdır. Ümumiyyətlə, ermənilərin təcavüzü respublikamıza 60 milyard dollar həcmində maddi ziyan yurmuşdur. Ermənilər işğal etdikləri ərazilərdə talançılıq siyasəti yürüdürlər. Azərbaycan təbiətinə ciddi ziyan vurulur, torpaqlarımızda narkotik bitkilər əkilib-becərilir.
Ötən əsrin əvvəllərində Azərbaycanın cəbhədə itkilərə məruz qalmasına bir neçə amil səbəb olmuşdur. Əvvəla, ermənilər rus ordusundan böyük miqdarda silah-sursat, müasir texnika alırdılar. Xocalı şəhərinin işğalı zamanı Xankəndində yerləşən 366-cı alay işğalçı qüvvələrə hər cür dəstək vermişdir. Torpaqlarımızın düşmən əlinə keçməsinin digər bir mühüm səbəbi isə ötən əsrin doxsanıncı illərinin əwəllərində respublikamızda daxili sabitliyin olmaması ilə bağlıdır. Həmin illərdə düşmənlə müharibə aparan ölkədə həm də hakimiyyət uğrunda mübarizə gedirdi, respublikada vahid komandanlığa tabe olan ordu yaradılmamışdı. Ayrı-ayrı siyasi qüvvələr nüfuz qazanmaq, hakimiyyətə gəlmək naminə cəbhə bölgəsində təxribatlar törətməkdən belə çəkinmirdilər. Ölkə daxilində hökm sürən hərc-mərclik, qarşıdurmalar son nəticədə Azərbaycanı zəif salır, düşmənin irəliləməsinə şərait yaradırdı.
Ermənilərin hücumunu yalnız 1993-cü ilin yayında xalqımızın böyük oğlu Heydər Əliyev ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra dayandırmaq mümkün oldu. Heydər Əliyevin səyləri sayəsində qısa müddətdə milli ordumuzun döyüş qabiliyyətinin artırılması və torpaqlarımızın etibarlı müdafiəsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirildi. Nəticədə, cəbhə bölgəsində tarazlıq yaratmaq mümkün oldu. Hərbi qarşıdurmada yaranan yeni vəziyyət erməniləri atəşin dayandırılması barədə ciddi şəkildə düşünməyə vadar etdi və 1994-cü il may ayının 12-də iki tərəf arasında atəşkəs haqqında razılaşma əldə olundu.
Cəbhədə atəşin dayandırılması Azərbaycana möhkəm daxili sabitlik yaratmağa, öz iqtisadiyyatını gücləndirməyə, nizami ordu qurmağa imkan vermişdir.
Xalqımız sülh tərəfdarıdır. Buna görə də səbir nümayiş etdirir və münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə beynəlxalq səviyyədə aparılan danışıqlara dəstək verir. Bizim mövqeyimiz belədir. Münaqişə ədalətli sülhlə başa çatmalı, respublikamızın ərazi bütövlüyü təmin olunmalıdır. Azərbaycanın ədalətli mövqeyi beynəlxalq birlik tərəfindən də dəstəklənir. Məlumdur ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bu qrupa dünyanın üç iri dövləti ABŞ, Rusiya və Fransa rəhbərlik edir. Minsk qrupu münaqişənin nizamlanması məqsədi ilə bir neçə təklif irəli sürmüşdür. Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı da hərbi qüvvələrin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çıxarılması barədə dörd qətnamə qəbul etmişdir. Erməni tərəfi isə BMT-nin qətnamələrini yerinə yetirmir, danışıqlarda əməli mövqe nümayiş etdirmir. Bu səbəbdən də münaqişənin həlli yubanır.
Lakin xalqımızın səbri tükənməz deyildir. Sülh danışıqlan sonsuzluğa qədər davam edə bilməz. Sülh danışıqları yaxın vaxtlarda bir nəticə yerməzsə, xalqımız öz iradəsini nümayiş etdirmək məcburiyyətində qalacaq. Hazırda Azərbaycanın güclü nizami ordusu formalaşıb. Dövlətimiz ordunun möhkəmlənməsi üçün lazım gələn bütün tədbirləri görür. Ordumuzun maddi-texniki təchizatı, kadr hazırlığı yüksək səviyyədədir. Təkcə belə bir faktı vurğulayaq ki, hazırda Azərbaycan ordusunun hərbi xərcləri Ermənistanın bütün illik büdcəsinə bərabərdir. Bura respublikanın iqtisadiyyatının getdikcə güclənməsini, Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsi faktını, həmçinin psixoloji amilləri də əlavə edək.
Beləliklə, Azərbaycanın Ermənistan üzərində iqtisadi və hərbi üstünlüyü təmin olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad olunmasına az qalıb.