Xalqımın tarixindəki qəhrəmanlıq səhifələri mövzusunda inşa

İllər, onilliklər keçir və yeni-yeni nəsillər yetişir, artıq 1941-1945-ci illərin dəhşətləri bizim üçün çox uzaq görsənir.
Müharibənin ağrılı və acılı illəri elə bir ailə olmamışdır ki, ona təsir etməsin. Böyük Vətən müharibəsində 600 minə yaxın soydaşımız iştirak etmişdir. Onlardan yalnız yarısı öz evlərinə-eşiklərinə qayıda bilmişlər. Müharibədə iştirak edən həmvətənlərimiz böyük qəhrəmanlıqlar etmiş, Vətən yolunda canlarını fəda etmişlər. Azərbaycanlılar döyüş meydanında özlərinin qəhrəmanlıqları ilə heç unudulmayaraq şöhrətlə yadda qalmışlar.
Eləcə də İsrafil Məmmədov, A.Ağayev və digər qəhrəmanların hamısı. Onlardan biri də zirehli tank qoşunlannın general-mayoru iki dəfə Sovet Ittifaqı qəhrəmanı Həzi Əhəd oğlu Aslanovdur.
Həzi Aslanov 1910-cu ildə Azərbaycanın gözəl guşələrindən birində – Lənkəranda doğulmuşdur. Onun on üç yaşı olanda, atası vəfat edir. Tezliklə on üç yaşlı Həzi atasının işini davam etdirərək, onun işlədiyi kərpic zavoduna işləməyə gedir. ilyarımdan sonra isə onu, Bakıda hərbi hazırlıq məktəbi oxumağa istiqamətləndirirlər, sonra isə iki il müddətində Leninqradda kavaler məktəbində oxumağa göndərirlər. Məktəbi qurtaranda həqiqi hərbi xidmət illəri başlayır. 1939-cu ildə Həzi Aslanova növbəti, hərbi kapitan rütbəsi verilir, müharibə başlayanda isə artıq o, mayor rütbəsinə malik idi.
Həzi Aslanov hər günü, hər saatı qəhrəmanlıqla dolu, çox ağır yol keçmişdir.
Onun qvardiya polku onlarla şəhərin, o sıradan Rostov-Donun işğaldan azad edilməsində iştirak etmişdir.
24 yanvar 1945-ci ildə Stalinqrad faciəsinin içindən, Kurskun «cəhənnəm» döyüşünü keçmiş, xalqımızın qəhrəman oğlu Həzi Aslanov naməlum şəraitdə həlak olmuşdur.
Ölkəmizin paytaxtı Bakıda, bizim hamımız üçün müqəddəs olan Şəhidlər xiyabanında onun əzəmətli heykəli ucaldılmışdır. Bu abidə Azərbaycan xalqının qəhrəman oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet Ittifaqı qəhrəmanı Həzi Əhəd oğlu Aslanovun şərəfinə ucaldılmışdır. Həzi Aslanovun abidəsi Lənkəranda da ucaldılmışdır, həmçinin burada onun ev muzeyi vardır. Bundan başqa qəhrəmanın adına Bakıda zabitlər evi, metro, küçə, park, mədəniyyət evi və gəmi də vardır.
Biz Vətən uğrunda canını qurban verənlərin işıqlı xatirəsi qarşısında baş əyirik.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button